SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu Qobu qəsəbəsində üfunət qoxu və zibillik hökm sürür.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntü və məlumat daxil olub.

Sözügedən ərazidə yaşayan sakinlər bildirilib ki, video 3-4 gün əvvəl lentə alınıb. Ərazidə kanalizasiya sistemi olmadığından çirkli sular çölə axır.

Bu vəziyyət ilin bütün fəsillərində davam edir.

Şikayətçilər qeyd ediblər ki, aidiyyatı qurumlar problemlə maraqlanmırlar. Ərazidəki zibil yığıldıqdan sonra başqa yerı aparılmır.

Yerində yandırılır, nəticədə zibilin tüstüsü sakinlərin evlərinə dolur.

Zibilləri atmaq üçün əraziyə konteynerlər də qoyulmayıb. 

BAKU.WS həmin ərazidən sözügedən görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO