MN: "Dağlıq ərazilərdə şəxsi heyət və avtomobillərin hərəkəti məhdudlaşdırılıb" - FOTO/VİDEO

MN: Dağlıq ərazilərdə şəxsi heyət və avtomobillərin hərəkəti məhdudlaşdırılıb - FOTO/VİDEO
Foto Video
Video 104

Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.

Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur.

Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.

Son xəbərlər