Fazil Mustafa: "Qənirə Paşayevanın gördüyü işlər heç vaxt unudulmayacaq" - VİDEO

"Bu gün acı bir xəbərə yığışmışıq. Qənirə xanımın vida mərasimidir. Onun xidmətləri böyükdür. İstər şəhidlərə münasibətdə istərsə də, Azərbaycanın problemlərinin Avropa Şurasında Türkiyədə bütün Beynəlxalq platformalarda fədakarlıq edən çox az sayda qadınlarımızdan, şəxsiyyətlərimizdən biri idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli məclisin deputatı Fazil Mustafa deyib. Hazırda millət vəkili Qənirə Paşayevanın vida mərasimində iştirak edən deputat onun Azərbaycan xalqı üçün gördüyü işlərin heç vaxt unudulmayacağını vurğulayıb:
"Bu gün insanlar onun bu xidmətlərinə qiymət verərək bura gəliblər. Allah rəhmət etsin. Bu cür insanların gördüyü işlər heç vaxt unudulmur".
Ətraflı videoda:
Oxşar xəbərlər
Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər məscidinə aparılıb - YENİLƏNİB + VİDEO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər məscidinə aparılıb. "Report" xəbər verir ki, hazırda mərhumun...
