SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən bütün fikirlərimi Cavanşir Məmmədovun yaşına hörmət qoyaraq səsləndirəcəm. Bəlkə də bizim fərqimiz də elə budur. Orada ona bir neçə dəfə qanunun şah olduğunu deyirlər. O da təkrar edir. Qanunun şah olduğunu bu verilişdə mən hər gün deyirəm. Xalqdan, dövlətdən, dövlətçilikdən haqqı olan hər kəs danışsın. Mənim vətənə olan sadiqliyimdən və aşiqliyimdən kimsə danışa bilməz. Düşünülməmiş və cılız bir cümlə var. Orada deyilir ki “Lalə Azərtaş mənə etdiyin təhqir xalqıma edilmiş təhqirdir”. Xeyr, Cavaşir Məmmədov, bu düşünülməmiş cılız bir cümlədir. Xalqın, elin gözü tərəzidir. Nə siz, nə də mən xalqın gözünü kor edəcək gücdə deyilik. Hər kəs hər şeyi çox yaxşı və sərrast görür".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində Əməkdar artist Cavanşir Məmmədovdan danışarkən bildirib.

Aparıcı "Məndən üzr istəsin" deyən sənətçiyə sərt ismarış yollayaraq ondan yuxuda da üzr istəməyəcəyini deyib:

"Mən burada da dedim ki məhkəmə qərarı çıxsın deyəcəm ki "Mustafa dələduzsan niyə mənim bu qədər vaxtımı alırdın?". Amma mən üzr istəmək barəsində bir dəfə də olsun heç bir söz deməmişəm. Alan məmnun satan məmnun.Siz ailənizin daxilində hər hansı bir problemi həll edəndə Lalə Azərtaş orada idi ki sizdən üzr istəsin? Bunu yadınızda saxlayın. Mən nəinki gerçək həyatda hətta yuxunuzda da sizdən üzr istəmərəm!".

Qeyd edək ki, C. Məmmədovla keçmiş kürəkəni Kemal Mustafa İbili arasında pula görə qalmaqal yaşanıb. Sənətçi kürəkənini məhkəməyə verərək onun 13 000 AZN-ini və 126 500 dollarını mənimsədiyini bildirib. Kemal isə əksini iddia edərək “Təsir dairəsi” verilişinə çıxıb. Bundan sonra C. Məmmədov keçmiş kürəkəninin kiminsə tapşırığı ilə “Təsir dairəsi” verilişinə çıxdığını iddia edib. O hətta bildirib ki, L. Azərtaş K. Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb. Məhkəmədə Cavanşir Məmmədov kürəkəninin iddialarını yalanlayan dəlillər təqdim edərək onu udub. Bundan sonra Lalə Azərtaşın ondan üzr istəməsini tələb edib. 

BAKU.WS
VİDEO