Sərxandan Lalə Azərtaşa: "Xoşqədəm, Zaur olan teleməkanda sizə baxan olmayacaq" - FOTO

Aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkədə Əməkdar artist Cavanşir Məmmədovla kürəkəni arasında baş verən qalmaqaldan yazıb.
BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında status yazaraq Cavanşir Məmmədova tərəf çıxıb.
Sərxan Kərəmoğlu məlum məsələyə görə Cavanşir Məmmədovun qatıldığı "Təsir dairəsi" proqramının aparıcısı Lalə Azərtaşa səslənib:
"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?".
Daha sonra Sərxan fikirlərinə belə davam edib:
"Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir, iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.
Məsləhət yox, sadəcə bir tövsiyyə edirəm. Siz nə etsəniz də, zəhləm getsə də bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm".


Oxşar xəbərlər
Cavanşir Məmmədovla Lalə Azərtaş arasında GƏRGİNLİK: "Bilirəm sizə kim deyib onu efirə çıxardın" - VİDEO
Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb. BAKU.WS xəbər verir ki, buna səbəb müğənninin birbaşa canlı efirə çıxaraq...
