MHP sədrinin müavini Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - VİDEO

MHP sədrinin müavini Kamil Aydın “Haber Global” telekanalında Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb.
Partiya sədri İsmayıl bəy Qaspıralıdan sitat gətirərək, türk dövlətləri arasında əvvəlcə fikirdə və dildə, sonra isə əməldə birliyin vacib olduğunu qeyd edib.
Aydın sonuncuya misal olaraq Qarabağ zəfərini göstərib.
“Qarabağ Azərbaycan torpağıdır. 30 ilə yaxın bir müddətdə həllini tapmayan məsələ məhz “Bir millət, iki dövlət” prinsipinin işə salınmasından sonra həll olundu. Sonradan bu qardaşlıq prinsipi Şuşa Bəyannaməsində də öz əksini tapdı. Bununla da Türkiyə və Azərbaycan dövlət başçıları arasındakı dostluq daha da möhkəmləndi”, - deyə MHP sədrinin müavini bildirib.
Daha ətraflı “Haber Global”ın videomaterialında:
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...
