VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosial şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək", - məlumatda deyilir.

***12:05

Bakı şəhər Narkoloji Dispanserdə rüşvətlə tibbi arayış verildiyi iddia edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə BAKU.TV-nin qaynar xəttinə məlumat daxil olub. 

Televiziyanın çəkiliş heyəti sözügedən dispanserə gedərək iddiaların nə dərəcədə doğru olduğunu araşdırıblar. 

Çəkilişlərdən bəlli olub ki, Bakı şəhər narkoloji dispanserdə testdən keçmədən də 10 AZN ödəyərək 5 dəqiqəyə tibbi arayış almaq mümkündür. 

Ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO