SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dünya karatesinin brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb. 

BAKU.WS bildirir ki, finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib. 

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.
 
BAKU.WS