SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş animasiya çarxı çəkilib. 
 
BAKU.WS-in məlumatına görə, animasiyada bir oğlan uşağının hekayəsindən bəhs olunur. Erməni təcavüzü nəticəsində öz doğma torpaqlarını itirən oğlan böyüyür və hərbi qulluqçu olur. Azərbaycanlı gənc Dağlıq Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edir.

Animasiya çarxı münaqişənin tarixi haqqında düzgün informasiyanın dünya ictimaiyyətinə qədər çatdırma məqsədi ilə çəkilib. 

Çarx Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə yardımı ilə "ADDIM" Gənclərin İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən layihə əsasında hazırlanıb. 
 
Vesti.az
BAKU.WS