VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə baş verən dəhşətli zəlzələdə insan tələfatı artmaqda davam edir. Təbii fəlakətlə əlaqədar Türkiyədə 7 günlük matəm elan olunub.

Sosial şəbəkədə şəhərin mərkəz küçələrində yerləşən bəzi restoranlarda Türkiyədə elan olunan matəmlə əlaqədar musiqilərin yığışdırılması ilə bağlı görüntülər yayılıb.

BAKU.WS-in əməkdaşı mərkəzdə yerləşən məkanlarla əlaqə saxlayıb. Mərkəzdə yerləşən restoranlardan birinin adminstratoru açıqlamasında bildirib ki, bu ərazidə yerləşən məkanların rəhbərləri öz təşəbbüsləri ilə əyləncə proqramlarını müvəqqəti olaraq təxirə salıblar. Restoran nümayəndələrinin sözlərinə görə, bu barədə onlara hər hansı bir göstəriş gəlməyib. Onlar sadəcə özləri qardaş ölkəyə dəstək olmaq üçün bu addımı atıblar.

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə böyük dağıntılar olub. 3419 nəfər həyatını itirib. Yaralıların sayı isə 20 min 534-dür.

BAKU.WS
VİDEO