SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin son vəziyyəti açıqlanıb. 

BAKU.WS-in məlumatına görə, bu barədə onun anası Təranə Tağıyeva oxu.az-a açıqlamasında bildirib ki, oğlunun vəziyyəti nisbətən yaxşıdır:

“Hadisə zamanı altı qəlpə yarası alıb. Hazırda oğlum xəstəxanadadır və müalicəsi davam etdirilir. Biz də onunla görüşdük. Vəziyyəti bir az yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev hücumun qarşısını alarkən yaralanıb. 

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

BAKU.WS
VİDEO