Paytaxtın mərkəzində çökən yol bərpa edildi - VİDEO - YENİLƏNİB
Bakının Həsən Əliyev küçəsində çökmüş yol bərpa edildi.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
***16:06
Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, hadisəyə səbəb son zamanlar yağıntıların çox olmasıdır. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, problem aidiyyatı üzrə şöbəyə yönləndirilib:
"Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin kökünü araşdırıb aradan qaldıracaqlar".
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...