Sorğu: Dövlət, ya özəl səhiyyə ocaqları? - VİDEO

Baku TV paytaxt sakinləri arasında “Dövlət, ya özəl səhiyyə ocaqlarına üstünlük verirsiniz?” sualı ilə sorğu keçirib.
Əksər vətəndaşlar dövlətə məxsus səhiyyə ocaqlarından imtina edirlər. Dərdlərinə çarəni isə özəl səhiyyə müəssisələrində tapırlar. Təbii ki, orada da vəziyyət ürəkaçan deyil.
Ekspertlər mövcud vəziyyəti bir neçə amillə əlaqələndirirlər.
Həkim-ekspert Mərdan Əliyevin sözlərinə görə, xəstələrin özəl klinikalara müraciətinin səbəbi dövlət xəstəxanalarında laborator analizlərin qaneedici olmamasıdır.
“Digər bir səbəb isə özəl klinikaların istər stasionar şöbələrində, istər əməliyyat bloklarında, istərsə də ambulator müalicə üçün nəzərdə tutulmuş kabinetlərində şəraitin daha yaxşı olmasıdır”, - deyə əlavə edilib.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...