13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

"Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarələrinin göyərtəsində yeni prinsip üzrə əyləncə sisteminin tətbiqinə başlayıb.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadcetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.

Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.

İlkin mərhələdə bu sistemin “Airbus 319” və “Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur. Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.

"Uçuş zamanı əyləncə və Wi-Fi bağlantısı artıq səyahətin ayrılmaz hissəsinə çevrilib. AZALa məxsus təyyarələrin göyərtəsindəki multimedia kontentləri daim yenilənməkdə davam edəcək", - deyə aviaşirkət bəyan edib.

BAKU.WS
VİDEO