13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Qeyri-qanuni məskunlaşan ermənilər Azərbaycanın Laçın şəhərini və yaxınlıqdakı Zabux kəndini ay sonuna qədər tərk etməlidirlər. Bu, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına tam uyğun olaraq, avqustun əvvəlində Laçın yoluna alternativ marşrutun istifadəyə verilməsindən sonra ortaya çıxan yeni reallıqdır. Amma görünür, ermənilər bunu qəbul etməyə tələsmirlər...

Yanğın, od və alov - Laçın, Zabux və ətraf indi belə görünür. Burada özlüyündə Rey Bredberinin “Farengeyt 451” romanı ilə paralellər yaranır. Xatırladaq ki, onun baş qəhrəmanı yanğını söndürməyən, əksinə ətrafdakı hər şeyi yandıran yanğınsöndürəndir. Yeganə əhəmiyyətli fərq ondadır ki, orada baş qəhrəman Qay Montaq nəhayət ki, ayılır, lakin bir çox ermənilər bundan uzaqdırlar...

Yeri gəlmişkən, xatırladaq ki, ermənilər Laçını ikinci dəfədir yandırıblar: 1992-ci ilin mayında Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra əcnəbi jurnalistlər orada talanların və yanğınların şahidi oldular. Onların məlumatına görə, Ermənistandan Laçına axın edən qarətçilər evləri yandırmazdan əvvəl mal-qara da daxil olmaqla dəyərli hər şeyi aparıblar. Ağzına qədər mebel və məişət əşyaları ilə doldurulmuş yük maşınları və minik avtomobilləri Ermənistana tərəf yollanırdı və iri kolonlar yolda tıxaclar əmələ gətirirdilər. Bir neçə ay sonra şəhəri ziyarət edən kanadalı jurnalist Daniel Brok şəhərin tamamilə yerlə bir edildiyini, heç bir binanın, evin, məktəbin, hətta avtobus dayanacağının salamat qalmadığını qeyd etmişdi. Jurnalist Robert Silinin 1992-ci ilin mayında “The Times”da dərc edilən materialında da Laçın və Zabuxun Ermənistan tərəfindən qeyri-qanuni işğalı, yandırılması və talan edilməsindən danışılıb, həmçinin işğaldan sonra Yaxın Şərqdən ermənilərin bura köçürülməsinə başlanıldığını bildirib.

Daha ətraflı “Caliber”in “YouTube” kanalında yayımlanan “Laçında 451 dərəcə: Erməni talanı 1992-2022” süjetində:

BAKU.WS
VİDEO