SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Yasamal rayonu ərazisində Zivər bəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalan parklanma yeri narkomanların məskəninə çevrilib.

BAKU.WS xəbər verir ki, BAKU.TV-nin əməkdaşı həmin ərazidən xüsusi reportaj hazırlayıb.

Sakinlər BAKU.TV əməkdaşlarına bildiriblər ki, orada həm narkotik vasitələrdən istifadə edənlər toplaşır, həm də orada narkotik vasitələrin alış-verişi baş tutur.

Həmin ərazidə baş verənlər çəkilsə də, orada baş verənlər barədə sakinlər kütləvi şəkildə şikayət etsələr də, əraziyə nəzarət edən polis əməkdaşı bacardığı qədər məsələni ört-basdır etməyə çalışıb. Həmin polis əməkdaşına sübutlar təqdim edilsə də, cavab verməkdən imtina edib.

Məsələyə rayon icra hakimiyyətinin əməkdaşı münasibət bildirib.

Həmin reportajı təqdim edirik:

BAKU.WS
VİDEO