13 illik ailəsinin Aysel Əlizadə tərəfindən dağıldığını iddia edən Turanə məhkəməyə üz tutdu - VİDEO

13 illik ailəsinin Aysel Əlizadə tərəfindən dağıldığını iddia edən Turanə məhkəməyə üz tutdu - VİDEO
Video
Video 2376
13 illik ailəsinin müğənni Aysel Əlizadə üzündən dağıldığını iddia Turanə Nəcəfovanın şikayəti əsasında məhkəmə prosesi keçirilib. BAKU.WS xəbər verir ki, "Səni axtarıram" proqramının eksperti, vəkil Şəfiqə Nağıyeva zərərçəkmişin nümayəndəsi kimi məhkəmədə iştirak edib. Belə ki, məhkəmənin 2017-ci ildə qətnaməsinə görə, hər iki övladının anada qalmasına qərar versə də, eks həyat yoldaşı Elçin Nəcəfov uşaqlardan birini - böyük qızını Turanəyə vermir. Ata 2 il 3 aydır uşağı qaçıraraq anasından gizlədir. Ana uşağının təhsil aldığı məktəbdə belə onunla görüşə bilmir. Elçinin tapşırığı ilə məktəb rəhbərliyi ananın qızı ilə görüşünə əngəl yaradır. Bu müddət ərzində atasının təsiri altında olan azyaşlı anası ilə deyil, atası ilə qalmaq istədiyini bildirib. Dünən Nərimanov Rayon İcra Hakimiyyətində baş tutan prosesdə Ş.Nağıyeva Ədliyyə Nazirliyi tərəfindən psixoloji ekpertizanın təyin edilməsilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və sənədlər Ədliyyə Nazirliyinin psixoloji ekspertiza şöbəsinə göndərilib. Psixoloji ekspertiza azyaşlının atasının psixoloji təsiri ilə anasından ayrı qalmaq istədiyini üzə çıxararsa, məhkəmə ananın xeyrinə qərar çıxara bilər. Zülfiyyə Qurbanova BAKU.WS

Son xəbərlər