SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan kiçik leytenantlar Namaz Allahverdiyev, Sadiq Nəcəfli və Yaqub Nəcəfovun doğum günləri münasibətilə anım mərasimi keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində məktəbin bir qrup zabit, müəllim heyəti, kursantlar və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Tədbirdə şəhidlərin keçdiyi qısa, lakin şərəfli ömür yollarından, Ali Hərbi Məktəbin kursantlarına və gənc nəslə örnək fədakarlıqlarından geniş söhbət açılıb. Onların xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.

Hərbi məktəbdə vaxtilə onlarla birgə təhsil almış kursant yoldaşları şəhid zabitlərlə bağlı xatirələrini danışıblar.
Mərasimdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib, şəhidlərə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Sonda şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

BAKU.WS
VİDEO

QALEREYA