SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda, Keşlə qəsəbəsində xoşagəlməz hal yaşanıb. 

Bu barədə hadisə şahidləri BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.

“Dananı insanlığa sığmayan formada bağlayıblar. Heyvan nə tərpənə bilir, nə su içə bilir. Hərəkət etdikdə ağrılar içində qıvrılır”, - deyə hadisə şahidi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.

Qurumdan BAKU.WS-ə bildirildi ki, həmin məsələ agentlik tərəfindən nəzarətə götürülüb. AQTA-nın müfəttişləri bu məsələ ilə bağlı araşdırmalara başlayıblar. Hadisənin təfərrüatı araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Ümumilikdə ölkə ərazisində bu kimi halların qarşısını almaq üçün mütəmadi olaraq reydlər keçirilir. 

İnsanlığa sığmayan həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO