SİZİN REKLAM BURADA!
055 213 76 73


Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı hökumət binasına daxil olub.

BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, polislərin təkidlərinə əhəmiyyət verməyən etirazçılar binaya daxil olub.

"Nikolsuz Ermənistan" şüarları səsləndirən mitinq iştirakçıları daha sonra binanı tərk ediblər.

Qeyd edək ki, Yerevanda 1 mart tarixində bir sıra mitinqlər planlaşdırılıb. Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarlarını küçələrə səsləyib.

BAKU.WS
VİDEO