VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Ənənəvi müxalifət son 25 ildə ancaq siyasi alət kimi Qarabağın işğal altında olmasını deyirdi və hakimiyyətin onu azad etməsində acizlik nümayiş etdirməsini vurğulayırdı.

İndi Qarabağ qaytarılıb. Qarabağ münaqişəsinin dinc və ya hərbi yolla həll olunması onlara sərf etmirdi. Hərb yolu ilə Qarabağ azad olunduqdan sonra müxalifətin əlində hakimiyyəti tənqid etmək üçün silah qalmayıb”.

Bu sözləri BAKU.TV-yə siyasi jurnalist Zərdüşt Əlizadə deyib.

O, 10 noyabr üçtərəfli birgə Bəyanatın imzalandığı günün tarixi gün olduğunu bildirib. Z.Əlizadə bunu başa düşməyən ənənəvi müxalifəti tənqid edib:

“Qarabağın 25 faizində Rusiya sülhməramlılarının olması orada hərbi baza yaradılması anlamına gəlməməlidir. Rusiya sülhməramlıları sadəcə, beş il ərzində orada qalan erməni əhalinin təhlükəsizliyinin təminatı üçündür. Vaxt gələcək ki, azərbaycanlı məcburi köçkünlər də Xankəndiyə qayıdanda onların təhlükəsizliyi sülhməramlılar tərəfindən təmin olunacaq.

Rusiya dünyada gücünə görə ikinci dövlətdir. Bu ölkə Qarabağı işğal etmək istəsə, sülhməramlı kimi girməzdi, heç kimə də hesabat verməzdi. Rusiya sülhməramlılarının Qarabağda olduğunu əsas gətirib iqtidarı günahlandıran qüvvələrin məntiqi düşünmə qabiliyyəti yoxdur. Ağıllı, tədbirli siyasət yürütsək, Qarabağın digər hissəsi də bizə tədricən qaytarılacaq. Bu ağıllı siyasətin yürüdülməsinə mane olan ənənəvi müxalifət faktiki olaraq 90-cı illərdə olduğu kimi, milli xəyanət siyasəti aparır”.

BAKU.WS
VİDEO