SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər dəfə olduğu kimi bu dəfə də Bakıya yağan qar sevinclə yanaşı böyük problemlər də gətirdi.

BAKU.WS xəbər verir ki, səhər saatlarından yollar buz bağlayıb. Paytaxtdakı nəqliyyata gəlincə, təkcə “BakuBus” avtobusları işləyir. Digər sərnişin avtobusları isə, demək olar ki, işləmir.

Dayanacaqlarda sıxlıq müşahidə olunur. Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub.

Paytaxtda çoxsaylı yol qəzaları baş verib.

Bundan başqa, paytaxtda fəaliyyət göstərən məktəblərdə də şagirdlərin dərsə davamiyyəti aşağı düşüb, bir çoxunda isə tədris təxirə salınıb.

Qeyd edək ki, paytaxtda havanın kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi. Ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib. Xidmətin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, qarlı və çovğunlu hava şəraiti sabah da davam edəcək.

Bakı Nəqliyyat Agentliyi isə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA