Tariximizin qəhrəmanlıq səhifəsi - VİDEO

Tariximizin qəhrəmanlıq səhifəsi - VİDEO
Video
Video 92

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazılıb. 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, suverinliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Millət vəkili Ayaz Quliyev BAKU.TV-yə bu faciə ilə bağlı bildirib ki, Azərbaycan xalqı dünyaya 20 Yanvar faciəsi ilə bir daha sübut etdi ki, onlar Sovet imperiyası ilə barışmır.

Deputat Tahir Kərimli bildirir ki, ölkədə istər ordunun, istərsə də cəmiyyətin birliyinin ruhi əsasları 20 Yanvarda qoyulub: “Vətən Müharibəsindəki birliyimizin kökü 20 Yanvardan qaynaqlanır”.

Son xəbərlər