SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəyə yeni ərazilər əlavə edilib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən bir sıra strateji yüksəkliklər, dörd şəhər, üç qəsəbə, 192 kənd və Murovdağ zirvəsi qeyd olunub.

Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

BAKU.WS
VİDEO