Yusif Cəfərov karate üzrə dünya çempionu oldu (VİDEO)

26
apr
2018
11:05
İstanbulda karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib.BAKU.WS xəbər verir ki, “Şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları iştirak ediblər. Məşqçilər Əli Rəcəbov və Orxan Şabanovun rəhbərliyi ilə ölkəmizi təmsil edən “Qaraqaplan” klubunun idmançıları Mədinə Kazımova (25 kq-dan yuxarı) və Yusif Cəfərov (30 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər təmsilçimiz Orxan Musayev isə komanda kumite yarışlarında birinci olub. BAKU.WS






Oxşar xəbərlər
Azərbaycan idmançıları seçkilərdə prezident İlham Əliyevə dəstək marafonuna qoşulublar - VİDEO
Azərbaycan idmançıları 11 apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar.“Report” xəbər verir ki, marafonu...
