Yeni UEFA reytinqi: “Qarabağ”ın qələbəsi Azərbaycanı Slovakiyaya yaxınlaşdırdı
12
iyl
2023
09:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar Liqasında dünən keçirilən I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın ölkələr üçün reytinq cədvəlində dəyişiklik baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Cəbəllüttariqdə “Linkoln”a qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb.
2:1 hesablı qələbə ölkəmizin aktivinə 0,250 xal əlavə edilməsi ilə nəticələnib. Beləliklə, son beş mövsüm üçün Azərbaycanın ümumi xalı 14,500 olub.
Ölkəmiz, əvvəlki kimi, 29-cudur. Lakin 28-ci Slovakiya ilə fərq 0,125-ə enib. 30-cu Moldovanın isə 11,125 xalı var.
Oxşar xəbərlər
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk etdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycandan yalnız Şə...