Hidayət Heydərov: "Məşqə getmək üçün anam yuxudan oyadırdı" - VİDEO

Azərbaycan Cüdo Federasiyası, Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideri olan Hidayət Heydərov (73 kq) barədə maraqlı sujet hazırlayıb.
BAKU.WS Federasiyaya istinadən xəbər verir ki, cüdoçumuz bu işdə ona valideynlərinin dəstəyini xüsusi vurğulayıb.
"Bizim məşq səhər saat 8-də başlayırdı. Zəngli saat çalırdı, oyanmırdım. Anam gəlib oyadırırdı. Həmişə su qabımı anam boşaldırdı", - deyə H. Heydərov bildirib.
Cüdoçumuzun anası Zümrüd Heydərova isə bildirib ki, əvvəllər oğlunun idman geyimlərini yuyub, qurulamaq daha çətin idi:
"O vaxt yumaq çətin idi, əlimizlə yuyurduq. Qış aylarında lap çətin olurdu. Evdə elə də çox istilik olmurdu. Geyimlər yuyulub, qurudulub çatdırılmalı idi".
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
