Xudadar Həmidov Dünya Çempionatında iki medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın Tarragona əyalətinin Salou şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Dünya Çempionatının ilk günü Azərbaycan komandası üçün uğurlu nəticələrlə yadda qaldı.
INBA/PNBA Qlobal Azərbaycan birliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, idmançımız Xudadar Həmidov "Men's Classic Physique Open" kateqoriyasında çempionatın qalibi olaraq qızıl medal qazanıb və peşəkar liqaya vəsiqə əldə edib.
Bundan əlavə, Xudadar Həmidov "Men's Athletic" kateqoriyasında finala yüksələrək 4-cü yeri tutub və ümumilikdə çempionatda iki medal qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...