Xavi "Barselona" haqqında: "Bəzən klubun məşqçisi olmaq xoşagəlməz olur"
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın hazırkı baş məşqçisi Xavi Ernandes bu mövsüm Kataloniya klubundakı işi ilə bağlı fikirlərini bölüşüb.
BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Gördüyüm işə inanıram. Mən həyəcanlı olmayan ən məsuliyyətli və pozitiv insanam. Düşünürəm ki, əla mövsüm keçirə bilərik. Bəzən "Barselona"nın məşqçisi olmaq xoşagəlməz olur, amma elit mütəxəssis olmaq istəyirsənsə, buna dözməlisən. Gördüyümüz işə həqiqətən inanıram", - deyə mütəxəssis bildirib.
Xatırladaq ki, Xavi daha əvvəl komandanın bu mövsüm oynadığı dörd kubok uğrunda mübarizəni davam etdirməsinə baxmayaraq, "Barselona" ətrafında mənfi fon yaratdıqlarına görə ispan jurnalistləri tənqid etmişdi.
Qeyd edək ki, "Barselona"nın 41 yaşlı mütəxəssislə müqaviləsi 2024-cü ilə qədər hesablanıb.
Oxşar xəbərlər
AVRO-2024-ə vəsiqəni təmin edən 9 ÖLKƏ
İndiyədək AVRO-2024-ə vəsiqəni 9 ölkə təmin etməyi bacarıb. BAKU.WS həkim ölkələri təqdim edir. 9. Şotlandiya İspaniya və Norveç kimi iki güclü rəqiblərini üstə...