Xarici ekspert: Qurbanovun komandasının itirəcəyi heç nəyi yoxdur, ümidsizlik isə ən güclü motivasiyadır
Rusiyanın "Championat" nəşrinin müəllifi Mixail Korobov "Bodø-Qlimt" - "Qarabağ" görüşü üçün proqnoz hazırlayıb.
BAKU.WS "Championat.com"a istinadən xəvər verir ki, o, "Bodø-Qlimt"in 2.5-dən çox qolla qalib gələcəyini ehtimal edib.
Mixail Korobovun sözlərinə görə, "Bodø-Qlimt"in Norveç çempionatındakı nəticələri pisləşməyə başlayıb:
"Komanda hələ də çempionat cədvəlinə başçılıq edir, lakin növbəti pillədə qərarlaşan "Brann"la eyni sayda xala malikdir.
Daxili liqada geriləmə Avropa Liqasına fokuslanma ilə bağlıdır. Norveçlilər çətin görüşdə "Portu"nu (3:2) məğlub edib, "Union"la bərabərə qalıb (0:0), "Braqa"ya (2:1) qalib gəlib. Son görüşün əsas qəhrəmanı Nikita Xaykin idi. O, 10-a qədər seyv edib".
"Qarabağ"a gəldikdə isə idman eksperti bildirib ki, təmsilçimizdə mənzərə bir qədər fərqlidir. O, Azərbaycan çempionatında ardıcıl olaraq əla nəticələr göstərir, lakin Avropa Liqasının ümumi mərhələsinin hər üç oyununda məğlubiyyətlə üzləşib:
"Əvvəlcə "Köhlən atlar" "Tottenhem"ə (0:3), daha sonra "Malmö"yə (1:2) və "Ayaks"a (0:3) məğlub olub. Amsterdam komandası ilə görüşdə komandanın iki aparıcı futbolçusu qırmızı vərəqə alıb. Julio Romau 15-ci dəqiqədə, Elvin Cəfərquliyev isə 79-cu dəqiqədə meydandan qovulub. Müdafiəçi və yarımmüdafiəçi cəza səbəbindən qarşıdakı oyunu buraxacaq.
Qurban Qurbanovun keyfiyyətini itirmədən futbolçuların yoxluğunu kompensasiya etmək imkanı yoxdur. Məşqçinin resursları çox məhduddur. Onun heyətində Romau və Cəfərquliyevlə eyni effektivliklə müdafiədə etibarlılığı təmin edəcək futbolçular yoxdur".
Ekspert vurğulayıb ki, Qurbanovun komandasının Avropa Liqasında uduzacaq heç nəsi yoxdur. Ümidsizlik isə ən güclü motivasiyadır…
Oxşar xəbərlər
16 yaşlı rus idmançı məşqçisinin ona necə şiddət göstərməsindən danışıb
Rusiya Qran-pri seriyasının iştirakçısı, 16 yaşlı fiqurlu konkisürən Angelina Palaqina uşaqlıqda idmançılara fiziki zorakılıq tətbiq edən bir məşqçinin qrupunda...