Xabi Alonso: “Bakıda bizi çox çətin oyun gözləyir”

Xabi Alonso: “Bakıda bizi çox çətin oyun gözləyir”
İdman 4

“Bakıda bizi çox çətin oyun gözləyir”.

“Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.

41 yaşlı mütəxəssis qarşılaşmada qapını çexiyalı Matey Kovarjın qoruyacağını söyləyib.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Son xəbərlər