Ulduz futbolçu "Fənərbağça" üçün İstanbula gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Fənərbağça" klubu belçikalı hücumçu Romelu Lukakunun transferini tamamlamağa çox yaxındır.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi ilə İtaliyanın "Napoli" klubu arasında 33 yaşlı futbolçunun transferi ilə bağlı aparılan danışıqlarda tərəflər arasındakı maliyyə fərqinin əhəmiyyətli dərəcədə azaldığı bildirilir.
İtaliya mətbuatının məlumatına görə, "Fənərbağça" və "Napoli" arasında Lukakunun bonservisi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunub.
Tərəflərin tələb və təklif etdiyi məbləğlər arasındakı fərqin artıq çox az olduğu və razılaşmanın yaxın müddətdə əldə edilə biləcəyi qeyd edilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...