UEFA Super Kubokunda Azərbaycan-Ermənistan "həmrəyliyi"
12
avq
2015
10:22
UEFA SuperKubokunun finalında maraqlı bir məqam kameraların obyektivinə tuş gəlib. BAKU.WS-in məlumatına görə, "Barselona" - "Sevilya" matçı Gürcüstanın paytaxtı Tiflisdə keçirildiyi üçün matça çox sayda qafqazlı gəlmişdi. Oyun ərəfəsində çox sayda Azərbaycan bayraqları açılmışdı. Stadiona toplaşanlar arasında ermənilərin də sayı az deyildi. Ancaq maraqlısı odur ki, tribunanın bir hissəsində Azərbaycan və Ermənistan bayraqları yanaşı açılmışdı. Sosial şəbəkələrdə də böyük maraqla qarşılanan bu foto müzakirə mövzusuna çevrilib. Həmin fotonu sizə təqdim edirik: ŞAHİN Həbibov BAKU.WS
Oxşar xəbərlər
SuperKubok matçında qol yağışı (VİDEO)
UEFA Super Kubokunun sahibi məlum olub. BAKU.WS-in məlumatına görə, "Barselona"-"Sevilya" arasında baş tutan qarşılaşma bol qollu keçib. İlk qolu "Sevilya"...