UEFA "Qarabağ"a 1,5 milyon avrodan çox ödəniş etdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA "Qarabağ" klubuna 1 milyon 516 min avro ödəniş edib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.
"Köhlən atlar" qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...