UEFA prezidenti: “Superliqa heç kimə lazım deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Superliqa layihəsinin dayandırıldığını bildirib.
BAKU.WS “İnfo Libre”yə istinadən xəbər verir ki, o, bu rəqabətin heç kimə lazım olmadığını deyib:
“Super Liqa de-fakto dayandırılıb. Bu rəqabət heç kimə lazım deyil. Futbol çox güclüdür, çünki insanlar onu sevirlər. Çünki hər kəs yüksək səviyyəli yarışlarda oynamaq arzusunda ola bilər”, – deyə Çeferin qeyd edib.
2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA-nın Superliqanı qadağan etmək qərarını qanunsuz elan edib.
Xatırladaq ki, 2021-ci il aprelin 19-na keçən gecə İngiltərənin “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, İspaniyanın “Barselona” klubları Super Liqanın yaradılmasını elan ediblər. “Real”, “Atletiko”, eləcə də İtaliyanın “İnter”, “Milan” və “Yuventus” kimi bir neçə klub turniri tərk etdiklərini açıqladılar.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...