UEFA-nın dəstəyi ilə Ağcabədidə məşqçi kurslarına start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədi Olimpiya İdman Kompleksində D kateqoriyalı məşqçi kurslarına start verilib.
BAKU.WS qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslara 20 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov iştirakçıları ilkin futbol bilikləri haqqında məlumatlandırıblar.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...