UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
27
avq
2026
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.
M.Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qolun imza atıb - 2:2.
Xatırladaq ki, tərəflər arasındakı ilk qarşılaşma da 2:2 hesabı ilə bitib. Mahir Emreli həmin görüşdə də fərqlənmişdi.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...