UEFA klubların 10 illik reytinq siyahısını açıqladı - "Qarabağ" neçəncidir?
Klubların 10 illik UEFA reytinqi açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, cədvəldə Avropanın 554 klubu yer alıb.
2015-24-cü illərdə qitə kuboklarında oynayanların siyahısında Azərbaycanı doqquz klub təmsil edib. Ən yaxşı klubumuz "Qarabağ"dır.
53,000 xala malik Qurban Qurbanovun yetirmələri Avropada 65-cidir. Ağdam klubu "Atletik", "Betis", "Volfsburq" kimi komandaları qabaqlayır.
"Neftçi" 11,750 xalla 260-262-ci yerləri bölüşür. Bakı klubunun şərikləri "Dinamo Tbilisi" və "Suduva"dır.
10,500 xala malik "Qəbələ" 282-287-ci yerlərin şərikləri sırasındadır. Digər təmsilçilərimiz - "Zirə", "Sabah", "Səbail", "Sumqayıt", "Şamaxı" və "Kəpəz" 7,675 xalla 348-353-cü yerləri bölüşürlər.
Qeyd edək ki, siyahıya 265,000 xalla İspaniyanın "Real Madrid" klubu başçılıq edir.
Oxşar xəbərlər
Qarabağ Regional Təhsil İdarəsində yeni təyinat olub
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Elməddin Əsgər oğlu Bəşirov qurumun tədrisin keyfiyyəti sektorunun müdiri vəzi...