UEFA futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.
O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.
Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mətbuat konfransı zamanı masa üzərindəki “Coca Cola” şüşələrini kənara çəkib.
Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.
Oxşar xəbərlər
Poqba Ronaldonun hərəkətini təkrarladı - VİDEO
Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba AVRO-2020 çərçivəsində Almaniya ilə oyunundan sonra təşkil olunan mətbuat konfransında hərəkəti ilə gündəmə gəlib....