UEFA Çempionlar Liqasında bu gün III turun həyəcanı başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk oyun günündə azarkeşləri 9 maraqlı qarşılaşma gözləyir. Günün ən çox gözlənilən oyunlarından biri Londonda baş tutacaq – "Arsenal" doğma meydanda "Atletiko"nu qəbul edəcək. "Barselona" isə "Olimpiakos"u məğlub etməyə çalışacaq.
Azərbaycan təmsilçisi "Qarabağ"ın qrupdakı rəqiblərindən "Napoli" səfərdə PSV ilə üz-üzə gələcək. Günün digər maraqlı oyunlarında PSJ Almaniyada "Bayer 04"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la qarşılaşacaq.
Turnirin bu günkü oyun cədvəli belədir:
UEFA Çempionlar Liqası – Liqa mərhələsi, III tur (21 oktyabr)
20:45 – "Barselona" (İspaniya) – "Olimpiakos" (Yunanıstan)
20:45 – "Kayrat" (Qazaxıstan) – "Pafos" (Kipr)
23:00 – "Arsenal" (İngiltərə) – "Atletiko" (İspaniya)
23:00 – "Bayer 04" (Almaniya) – PSJ (Fransa)
23:00 – "Vilyarreal" (İspaniya) – "Mançester Siti" (İngiltərə)
23:00 – PSV (Niderland) – "Napoli" (İtaliya)
23:00 – "Kopenhagen" (Danimarka) – "Borussiya Dortmund" (Almaniya)
23:00 – "Yunion" (Belçika) – "İnter" (İtaliya)
23:00 – "Nyukasl" (İngiltərə) – "Benfika" (Portuqaliya)
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...