UEFA Çempionlar Liqası: "Qarabağ" "Nyukasl"a qarşı
Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu
Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə keçiriləcək.
Oxşar xəbərlər
"Qalatasaray" "Yuventus"a futbol dərsi keçdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında İtaliyanın "Yuventus" klubunu 5:2 hesabı ilə məğlub edib. BAKU.WS...