UEFA Çempionlar Liqası: "Qarabağ"ın səfər oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
09
fev
2026
12:56
"Qarabağ"ın İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər bu gün satışa çıxarılacaq.
Bu barədə BAKU.WS-ə Ağdam təmsilçisindən məlumat verilib.
Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər v...