UEFA Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb

UEFA Çempionlar Liqası: Hapoelin azarkeşləri Sabahla oyuna 460 bilet alıb
İdman 12

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq "Hapoel" (Beer-Şeva, İsrail) azarkeşləri 460 bilet əldə edib.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.

"Artıq 460 bilet alınıb. Hələ ki, başqa müraciətlər yoxdur. Amma bu say oyun saatına kimi dəyişə bilər", - deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər