UEFA Çempionlar Liqası: "Bavariya" "Dinamo"nu darmadağın etdi
Yeniliklərdən dərhal xəbərdar olun
2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.
BAKU.WS xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında "Liverpul" (İngiltərə) səfərdə "Milan"a, (İtaliya) "Bavariya" (Almaniya) doğma meydanda "Dinamo"ya (Zaqreb, Xorvatiya) qalib gəlib.
"Real" (Madrid, İspaniya) "Ştuttqart"dan (Almaniya) güclü olubsa, "Sportinq" (Portuqaliya) "Lill" (Fransa) üzərində inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1
"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 9:2
"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) 1:3
"Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya) 3:1
"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa) 2:0
"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1
"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...