UEFA azarkeşlərə pulsuz bilet ayıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA cari mövsüm avrokubokların finalına vəsiqə qazanmış komandaların azarkeşlərinə pulsuz biletlər ayıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, Çempionlar Liqası üçün 10 min, Avropa Liqası üçün 8 min, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finalları üçün isə ayrı-ayrılıqda 6 min havayı bilet paylanacaq.
Çeferinin sözlərinə görə, bu, fanatların COVID-19 böhranı zamanı Avropa futboluna göstərdikləri dəstəyə görə təşəkkür xarakteri daşıyır. Finalçı klubların hər biri biletlərdən ən sadiq azarkeşlərini mükafatlandırmaq üçün istifadə edə biləcəklər.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...