UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq

UEFA Avropa Liqası: Bu gün Qarabağın rəqibləri bəlli olacaq
İdman 41

Bu gün «Qarabağ«ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan çempionu püşkatmaya üçüncü səbətdən qatılacaq. «Köhlən atlar«ın 8 rəqibi dəqiqləşəcək. «Qarabağ» bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.

Birinci səbət: «Roma», «Latsio» (hər ikisi İtaliya), «Mançester Yunayted», «Tottenhem» (hər ikisi İngiltərə), «Ayntraxt» (Almaniya), «Portu» (Portuqaliya), «Ayaks» (Niderland), «Reyncers» (Şotlandiya), «Slaviya» (Çexiya).

İkinci səbət: «Real Sosyedad» (İspaniya), AZ (Alkmaar, Niderland), «Braqa» (Portuqaliya) «Lion» (Fransa), «Fənərbağça» (Türkiyə), «Olimpiakos», PAOK (hər ikisi Yunanıstan), «Makkabi» (Tel-Əviv, İsrail), «Ferentsvaroş» (Macarıstan).

Üçüncü səbət: «Qarabağ» (Azərbaycan), «Qalatasaray» (Türkiyə), «Viktoriya» (Plzen, Çexiya), «Budyo Qlimt» (Norveç), «Yunion» (Belçika), «Dinamo» (Kiyev, Ukrayna), «Ludoqorets» (Bolqarıstan), «Midtyullann» (Danimarka), «Malmö» (İsveç).

Dördüncü səbət: «Atletik» (Bilbao, İspaniya), «Hoffenhaym» (Almaniya), «Nitsa» (Fransa), «Anderlext» (Belçika), «Tvente» (Niderland), «Beşiktaş» (Türkiyə), «Styaua» (Rumıniya), RFS (Latviya), «Elfsborq» (İsveç).

Son xəbərlər