Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya çempionatında finala adlayıb

Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya çempionatında finala adlayıb
İdman 70

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda gürücüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.

Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Abdurrahman Hüseynli daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı üstələmişdi. O, 1/4 finalda ermənistanlı Gevorq Harutyunyandan (6:4) güclü olub.

Hidayət Qurbanov

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələyib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajoluya da eyni hesabla qalib gəlmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

***

Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51) ilk görüşünə çıxıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, ilk görüşdə Kuanışbek Jangajolla (Qazaxıstan) qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin tam üstünlüyü ilə başa çatıb - 9:0.

Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq, 9:0) və Elmir Çərkəzov (60 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Zöhrab Səfərov (92 kq) isə ukraynalı rəqibi ilə bacarmayıb.

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər