Türkiyəli ağırlıqqaldıran Azərbaycan Prezidentinə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında türkiyəli idmançı bildirib.
73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:
"Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".
O, azərbaycanlı ağırlıqqaldıranlarla xoş münasibətdə olduğunu vurğulayıb:
"Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram.
Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra milli komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...