Türkiyədə derbidən sonra jurnalist döyüldü - Araşdırılacaq
29
okt
2024
11:19
Ötən gecə baş tutan "Qalatasaray" - "Beşiktaş" matçından sonra idman müxbiri Əmrə Kaplan fiziki hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladıldığını açıqlayıb.
Tunç "Qalatasaray" - "Beşiktaş" matçından sonra fiziki hücuma məruz qalan "A Spor"un müxbiri Əmrə Kaplana sağalmaq diləyib.
"İdmanın şiddətlə gündəmə gətirilməsi qəbuledilməzdir. Hər cür şiddəti qınayıram və ümid edirəm ki, bir daha belə hadisələr yaşanmayacaq", - deyə o, paylaşımında qeyd edib.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq "Hapoel" (Beer-Şeva, İsrail) azarkeşləri 460 bilet əldə edib. BAKU.WS xəb...