Türkiyə yığmasının üzvü: "Meydanda Azərbaycan və türk dilində danışırdıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Yenidən bu formanı geyinmək qürurvericidir. Hamının xəyalı böyük turnirlərdə ölkəni layiqincə təmsil etməkdir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Abdülkadir Ömür Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.
Yarımmüdafiəçi qardaş ölkə ilə gözəl oyun keçirdiklərini söyləyib: "Meydanda həm Azərbaycan, həm də türkcə danışırdıq. Əsl dostluq oyunu oldu. Yaxşı komandamız var. Ümid edirəm ki, Avropa çempionatına uğurlu start verib davamını gətirərik"
Türkiyə yığmasının digər üzvü Kerem Aktürkoğlu həyəcanlı və gözəl oyun olduğunu vurğulayıb. "Yoldaşlıq matçı olsa da, qələbə önəmli idi. Mübarizə əzmi yüksək görüş oldu. Uzun müddətdən sonra azarkeşləri görmək xoş oldu. Hər iki yığmanı təbrik edirəm".
Halil dervişoğlu millidə ilk oyunumda qol vurduğunu söyləyib: "Buna görə Şenol Güneşə təşəkkür edirəm. Qələbə qazandığımız üçün şadam. İnanıram ki, belə davam edəcəyik"
Oxşar xəbərlər
Qara Qarayev: "Sabahkı oyunda məğlub komanda olmayacaq"
"Öncə bildirmək istərdim ki, Türkiyə Futbol Federasiyasına və türk millətinə təşəkkür, vəfa borcumuz var. Burada olmağın sevincini yaşayırıq. Türkiyə ilə görüş...